Haqqımızda

3 ildən çoxdur ki, biz daha keyfiyyətliyik. -

Naxış və DTF Çap Xidmətləri Haqqında

Geyim bir sənətdir...

Alotshirt  geyim üzərində fərdi və korporativ dizaynların hazırlanması və çap edilməsi sahəsində ixtisaslaşmış innovativ bir brenddir. Biz müştərilərimizin öz üslublarını ifadə etməsi üçün kreativ və keyfiyyətli həllər təqdim edirik. İstər şirkətinizin loqosu, istər unikal bir dizayn, istərsə də şəxsi mesajınızı əks etdirən yazılar – biz istədiyiniz görüntünü dəqiq və uzunömürlü çapla geyimlərinizə tətbiq edirik.

Bizim əsas məqsədimiz, hər bir müştərinin ideyasını reallığa çevirərək onları unikal və yaddaqalan etməyə kömək etməkdir. Keyfiyyət, dəqiqlik və mükəmməl xidmət – bu prinsiplər bizim fəaliyyətimizin əsasını təşkil edir. Müasir texnologiyalardan istifadə edərək, biz müştərilərimizə davamlı, rəngarəng və dəqiqliyi yüksək çap həlləri təqdim edirik.

Geyim təkcə geyinmək üçün deyil, həm də özünüifadənin bir formasıdır. Sizin xəyallarınız bizim üçün dəyərlidir! Hər bir müştərimizin istəklərini ən incə detallarına qədər dəyərləndirərək, onların öz tərzlərini ən yaxşı şəkildə əks etdirməsinə imkan yaradırıq. Biz yalnız geyim üzərinə çap etmirik – biz fərdiliyinizi, ideyalarınızı və kreativliyinizi geyiminizdə canlandırırıq.

XİDMƏTLƏRİMİZ
Tez-tez verilən suallar haqqında

Geyim bir sənətdir...

  • Geyimlər üzərinə istənilən dizaynda çap etmək mümkündür?
    Bəli, geyimlər üzərinə istənilən dizaynda, rəngdə, ölçüdə şəkil, loqo və yazıların çap edilməsi mümkündür.
  • Sifarişlər neçə gün ərzində hazır olur?
    Sifarişləriniz bir iki gün ərzində hazırlanaraq ünvana çatdırılır. Sifarişlərin hazır olma müddəti tiraj sayısı və dizayna görə dəyişə bilir.
  • T-Shirt çeşidlərinin materialı nədir?
    T-Shirt, Polo Köynək və Hoodie çeşidləri 95% pambıq, 5% isə sintetik materialdan hazırlanır.
  • Çap olunan dizaynların rəngi və keyfiyyəti zamanla dəyişir?
    Xeyr, biz yüksək keyfiyyətli çap texnologiyalarından istifadə edirik. İstifadə etdiyimiz boyalar və materiallar yuyulmaya və gündəlik istifadəyə qarşı davamlıdır. Düzgün yuma və qulluq qaydalarına əməl edildikdə, dizaynlar uzun müddət öz rəngini və keyfiyyətini qoruyur.
  • Sifarişi necə verə bilərəm?
    Sifariş vermək üçün istədiyiniz məhsulun kategoriyasını, bədən ölçüsünü, rəngini, sayını və üzərinə hansı dizaynın çap ediləcəyini WhatsApp sifariş xəttimizə keçid edərək ətraflı məlumatları yerləşdirə bilərsiniz.
  • Çatdırılma müddəti nə qədərdir?
    Çatdırılma müddəti sifarişin sayına və dizayna görə dəyişir: - Bakı daxilində: 1-2 iş günü - Bölgələrə: 3-5 iş günü
  • Çatdırılma qiyməti necə hesablanır?
    Ölkə daxilində çatdırılma məbləği standart olaraq 5 AZN təşkil edir.